Kemal Kılıçdaroğlu Azərbaycanı dəstəklədi

15 İyul 2020 01:51 (UTC+04:00)

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu özünün "Twitter" səhifəsində Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlı paylaşım edib.

AzNews.az həmin paylaşımı təqdim edir:

"Azərbaycanla Ermənistan arasındakı münaqişəni narahatlıqla izləyirəm. Həyatını itirən Azərbaycan əsgərlərini rəhmətlə anır, Azərbaycan xalqına başsağlığı diləyirəm. Bölgəmizdəki problemləri həll etmək üçün əlimizi daşın altına qoymağa hazır olduğumuzu bir daha təkrarlayıram".

Azerbaycan ile Ermenistan arasındaki çatışmaları endişeyle izliyorum. Hayatlarını kaybeden Azerbaycan askerlerini rahmetle anıyor, Azerbaycan halkına başsağlığı diliyorum. Bölgemizdeki sorunları çözmek için elimizi taşın altına koymaya hazır olduğumuzu bir kez daha tekrarlıyorum.

— Kemal Kılıçdaroğlu (@kilicdarogluk) July 14, 2020

Pərvanə