Sutka ərzində 11 erməni ölüb

15 İyul 2020 11:15 (UTC+04:00)

Ermənistanda son sutka ərzində daha 515 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub və ölkədə koronavirusa yoluxanların sayı 33 005 nəfərə çatıb.

Erməni KİV-nin yaydığı məlumata görə, sutka ərzində 11 nəfər ölüb.

Beləliklə, indiyə qədər koronaviursa yoluxma nəticəsində 592 nəfər ölüb.

Xəstəlikdən sağalanların sayı 21 348 nəfərdir.