Britaniya parlamentinə cəhbədəki vəziyyətlə bağlı qətnamə təqdim edilib

15 İyul 2020 16:14 (UTC+04:00)

Böyük Britaniyanın İcmalar Palatasına qətnamə təqdim edilib.

Qətnamənin mətnini təqdim edirik:

“Bu Palata, 12 iyul 2020-ci il tarixində Ermənistan tərəfindən törədilmiş, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərində hərbi nəzarəti nəticəsində yaranan və 1990-cı illərin əvvəllərində 30.000 nəfərin ölümü və 1 milyondan çox məcburi köçkünün evlərindən didərgin düşməsi ilə nəticələnən Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişəni daha da kəskinləşdirən təcavüz aktlarını müşahidə edir;

Birləşmiş Krallıq hökumətini sülh prosesinin tərəqqisinə ciddi maneə olan və beynəlxalq hüququ, o cümlədən 1994-cü ildə imzalanmış atəşkəs sazişini pozan Ermənistanın son hərəkətlərini pisləməyə çağırır;

ağır artilleriyadan istifadə edilməklə Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəd boyunca aparılan hərbi əməliyyatların beynəlxalq hüquq, o cümlədən 1994-cü ildə imzalanmış atəşkəs rejiminin kobud şəkildə pozulması və sülh prosesinin tərəqqisinə ciddi əngəl olmasını bir daha qeyd edir;

Birləşmiş Krallıq hökumətini hazırkı hərbi əməliyyatların məhdudiyyətsiz bir müharibəyə çevrilməsinin qarşısını almaq məqsədilə ATƏT-in Minsk qrupu tərəfindən hərtərəfli araşdırma aparılması üçün edilən çağırışları dəstəkləməyə sövq edir;

və Birləşmiş Krallıq hökumətini BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə qeyd olunduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması üçün təhrik etməyə çağırır". (Report)

AzNews.az