Alim Qasımov Türkiyəyə gedir

1 İyun 2013 09:07 (UTC+04:00)
Xalq artisti Alim Qasımova Türkiyədən dəvət gəlib. Bunu AzNews.az-a açıqlamasında sənətkarın özü bildirib.

Onun sözlərinə görə, bu səfərdə məqsəd iyun ayında Türkiyədə keçirilən festifalda iştirak etməkdir: "Bu festivalda mən əməkdar artist Fərqanə Qasımova ilə birlikdə iştirak edəcəm. 25 dəqiqəlik bir musiqi nömrəsi hazırlayırıq".

Bahar Rüstəmli
AzNews.az