Faydalı qazıntı yataqları ilə bağlı 21 illik qərar dəyişdi

15 İyul 2020 19:27 (UTC+04:00)

Nazirlər Kabineti “Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarlarının təsdiq edilməsi haqqında" 8 noyabr 1999-cu il tarixli qərarına dəyişiklik edib.

AzNews.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra yataqlardakı faydalı qazıntıların sənaye ehtiyatları hesablanarkən hazırlanmış Texniki İqtisadi Əsaslandırma (TİƏ) və daimi kondisiya layihəsi üzərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi dövlət ekspertizası keçirəcək, ekspertizanın nəticəsini isə nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyası təsdiq edəcək.