Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

16 İyul 2020 14:20 (UTC+04:00)

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.

AzNews.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Nazirlik bildirir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır:

"Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O, bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur".