Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi - SƏRƏNCAM

16 İyul 2020 15:24 (UTC+04:00)

Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilib.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə C. Bayramov Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin edilib.