MN: Metsamor AES-i yüksək dəqiqliklə vura bilərik

16 İyul 2020 16:19 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab verib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı AzNews.az-a bildirib ki, Mingəçevir Su Anbarının yerləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir:

“Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.