Ceyhun Bayramov Qoşulmama Hərəkatının fövqəladə videokonfransında iştirak edir

16 İyul 2020 20:08 (UTC+04:00)

Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Ermənistanın Azərbaycanla sərhəd boyu hərbi təxribatına dair fövqəladə videokonfransı keçirilir.

AzNews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xarici İşlər naziri Ceyhun Bayramov videokonfransda iştirak edir.