“Sülh prosesinə zərbə vurmaq istəyirlər”

1 İyun 2013 09:49 (UTC+04:00)



"Bütün dünya birliyi kimi, rəsmi Vaşinqton da Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ-ın Luiziana ştatının Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasına dair Ermənistan mediasında yayılan informasiyalara münasibət bildirərkən deyib. E. Abdullayev xatırladıb ki, ABŞ-ın xarici siyasəti ayrı-ayrı ştatlar tərəfindən yox, federal hökumət tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, bu, erməni diasporunun növbəti provokasiyasıdır: "Onlar sülh prosesinə və ümumən bölgənin gələcəyinə zərbə vurmaq istəyirlər".

AzNews.az