“Statistika bizə ümid verir”

17 İyul 2020 22:05 (UTC+04:00)

“Son günlərin statistikası bizə ümid verir”.

AzNews.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva AzTV-nin “Hədəf” verilişində deyib:

“Bugünkü rəqəmlərə baxsaq, yeni yoluxma sayımız 471, sağalma sayımız isə 549-dur. Demək olar ki, sağalmamız yeni yoluxmanı ötüb. Bu, çox gözəl göstəricidir.

Son günlər aparılan test sayını da artırmışıq. Əvvəllər ölkə üzrə 5-6 min test sayı deyirdiksə, artıq bu gün apardığımız test sayı 9 minə çatıb. 9 minin içində 471 pozitiv olması bizim üçün statisitk olaraq yaxşı göstəricidir”.