48 yaşlı qadını ölümcül hala saldılar- Bakıda

1 İyun 2013 10:22 (UTC+04:00)



Ötən gün axşam saat 19:45 radələrində Bakının Nərimi rayonunda 48 yaşlı qadın hücuma məruz qalıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakıxanov küçəsi 31 ünvanında 1965-ci il təvəllüdlü Lalə Əhmədova vəhşicəsinə döyülüb. Nəticədə qadın ağır kəllə-beyin travması alıb. Həmçinin qadının burnunu sındırıblar.

Lalə Əhmədova ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Hadisəni baş vermə səbəbləri araşdırılır.

AzNews.az