Azərbaycanlı vəkil koronavirusdan vəfat etdi

18 İyul 2020 11:37 (UTC+04:00)

Vəkillər Kollegiyasının üzvü Rəfiqə Seyidova koronavirusdan dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə kollegiyanın sədri Anar Bağırov feysbukda paylaşım edib. O qeyd edib ki, COViD-19-la mübarizədə dəyərli bir vəkil vaxtsız dünyasını dəyişib.

Qeyd edək ki, A. Bağırov bir müddət əvvəl iki vəkilin koronavirusa yoluxduğunu açıqlamışdı.