Prezident İlham Əliyevdən təbrik məktubu

18 İyul 2020 19:26 (UTC+04:00)

Prezident İlham Əliyev Polşanın Prezidenti seçilməsi münasibətilə Andjey Dudaya təbrik məktubu göndərib.

AzNews.az bildirir ki, dövlətimizin başçısı məktubda bu gün Azərbaycan-Polşa əlaqələrinin müvəffəqiyyətlə inkişaf etdiyini bildirib. “İnanıram ki, bunda sonra da xalqlarımız və ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev Prezident Andjey Dudaya möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.