Ehtiyatsızlıq ölümünə səbəb oldu

1 İyun 2013 11:02 (UTC+04:00)
Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 31-də Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan Fəxrəndə Məmmədli yaşadığı mənzilin pəncərələrini silərkən ehtiyatsızlıq nəticəsində 6-cı mərtəbədən yıxılaraq ölüb.

Araşdırma aparılır.

AzNews.az