Cavad Zərif Bağdad səfərində bölgədəki son hadisələri müzakirə edib

19 İyul 2020 15:07 (UTC+04:00)

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Bağdada səfəri zamanı iraqlı həmkarları ilə görüşdə Əl-Haşd əl-Şaabi komandirinin müavini Əbu Mehdi əl-Mohandes və general Qasım Süleymaninin öldürülməsinin təfərrüatlarını öyrənəcəyini söyləyib.

AzNews.az bildirir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Qeyd edək ki, general Süleymani yanvarın 3-də ABŞ helikopterləri tərəfindən Bağdadın hava limanı yaxınlığında həyata keçirilən əməliyyatda öldürülüb.

Cavad Zərif Bağdad Beynəlxalq Hava Limanında bildirib ki, bu cinayətin araşdırılmasına diqqət edir.

Zərifin İraq hakimiyyəti ilə görüşündə bölgədəki son hadisələr, ABŞ-ın hərəkətləri, o cümlədən general Süleymaniyə qarşı sui-qəsd və qarşılıqlı münasibətlər də müzakirə ediləcək.