“Səbail” ilk transferini açıqladı

19 İyul 2020 17:45 (UTC+04:00)

“Səbail” mövsümün ilk transferini açıqlayıb.

AzNews.az xəbər verir ki, paytaxt klubu Məqsəd İsayevlə müqavilə bağlayıb.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi ötən ay “Sabah”dan ayrılıb.