Gürcüstanda Krım-Konqo qızdırmasından bir nəfər ölüb

19 İyul 2020 22:48 (UTC+04:00)

Gürcüstanın İmereti bölgəsində orta yaşlı kişi Krım-Konqo qızdırmasından ölüb.

AzNews.az xəbər verir ki, ölüm faktı bir neçə gün bundan öncə qeydə alınıb.

Vəfat edən şəxs Tsxaltubo sakini olub. İnfeksiyanın mənbəyi hələ məlum deyil.

Krım-Konqo qızdırma xəstəliyinin İmereti bölgəsi üçün nadir olduğu bildirilir.