Lavrov və Cavad Zərif görüşəcək

20 İyul 2020 13:00 (UTC+04:00)

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər edəcək.

Bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb.

O qeyd edib ki, sabah Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla Cavad Zərif arasında görüş keçiriləcək.

Xatırladaq ki, İran XİN başçısı sonuncu dəfə iyunun 16-da Moskvaya səfər edib. (APA)

AzNews.az