Türkiyə daha iki şəhid verdi

20 İyul 2020 23:21 (UTC+04:00)

Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda hərbi bazaya uzaq məsafədən raket mərmilərilə terror hücumu olub.

AzNews.az-ın Türkiyə Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, terror aktı nəticəsində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) iki hərbçi şəhid olub.

TSQ dərhal qarşı tərəfi cavab atəşilə susdurub.