Millimizin futbolçusu da Türkiyə çempionu oldu

21 İyul 2020 17:30 (UTC+04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin "Başakşehir" klubunda çıxış edən üzvü Emre Kaplan Türkiyə çempionu olub.

Yarımmüdafiəçi Superliqanın bərpasından sonra əsas komandaya cəlb edilib.

Buna baxmayaraq, baş məşqçi Okan Buruk gənc oyunçuya şans verməyib. Kaplan "Başakşehir"in iyulun 4-də səfərdə "Antalyaspor"u 2:0 hesabı ilə məğlub etdiyi görüşdə və iyunun 28-də səfərdə "Qalatasaray"la 1:1 hesablı bərabərə qaldıqları matçda ehtiyat oyunçular skamyasında əyləşib.

Beləliklə, o, çempionluq qazanan heyətdə yer alıb. Bu münasibətlə AFFA "Instagram" hesabı vasitəsilə Kaplanı təbrik edib.

Qeyd edək ki, Emre Kaplan ilk olaraq 2019-cu ilin oktyabrında Azərbaycanın U-19 millisinə dəvət alıb. (Report)

AzNews.az