Rusiyada 165 nəfər koronavirusdan ölüb

22 İyul 2020 14:45 (UTC+04:00)

Rusiyada koronavirus infeksiyasına yoluxma hallarının sayı son sutka ərzində 5 862 artıb.

Məlumata görə, bununla ümumi yoluxma sayı 789 190-a çatıb.

Son sutka ərzində 165 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 745 nəfərə çatıb.
Rusiya yoluxma sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə qərarlaşıb.

AzNews.az