Türkiyədə koronavirusla bağlı son vəziyyət

22 İyul 2020 22:29 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 19 nəfər ölüb, 902 yeni yoluxma faktı qeydə alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 545-ə, yoluxanların sayı isə 222 402-yə yüksəlib.

1 203 xəstə sağalıb. Ümumi sağalanların sayı 205 214 nəfərdir.