Milli Qəhrəmanın oğlu Dövlət Xidmətində mətbuat katibi təyin edildi

23 İyul 2020 18:03 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb.

Belə ki, Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.

C.Əsgərov Modern.az-a bildirib ki, bu, onun mətbuat xidmətində ilk fəaliyyəti deyil. O, hələ yeni başladığı iş haqda geniş danışmaq istəməyib.

Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar "Araz” radiosunda siyasi şərhçi, "Türk El” telekanalında baş direktor, CBC kanalında "Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.

Yeni təyinatından əvvəl C. Əsgərov www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru kimi çalışıb.

Xatırladaq ki, Ceyhun Əsgərov şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.

AzNews.az