Cavuşoğlu və Lavrov Ermənistanın son təxribatlarını müzakirə ediblər

23 İyul 2020 21:08 (UTC+04:00)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun arasında telefon söhbəti olub.

AzNews.az-ın Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, nazirlər turizm və Liviya mövzusunda müzakirələr aparıblar.

Bundan əlavə, Azərbaycana hücumları ilə əlaqədar nazirlər Ermənistanla bağlı da fikir mübadiləsi ediblər.