ABŞ-da COVID-19-dan ölənlərin sayı 146 mini ötüb

23 İyul 2020 22:43 (UTC+04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 1 217 nəfər vəfat edib.

AzNews.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, xəstəlikdən ölənlərin sayı 146 200 nəfərə çatıb.