Mahaçqala meri saxlanılıb

1 İyun 2013 17:45 (UTC+04:00)


Bu barədə Trend şənbə günü Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinə istinadən məlumat verir.
Bundan əvvəl Əmirovun saxlanılması haqqında RİA Novosti agentliyi xəbər verib.

" 2011-ci ilin dekabrında Mahaçqala şəhərinin Sovet rayonu üzrə Rusiyanın İK-nin istintaq şöbəsinin rəhbəri səlahiyyətlərinin müvəqqəti icraçısı Arsen Hacıbəyovun qətlinin təşkili faktı üzrə mayın otuz birində Mahaçqala şəhərinin meri Səid Caparoviç Əmirov barəsində cinayət işi qaldırılıb", - Markin bildirib.

Onun sözlərinə görə, merlə birlikdə 10 yaxın onunla əlbir olan şəxs saxlanılıb.
Müstəntiqlər saxlanılanları digər cinayətlərin törədilməsində iştiraklarını yoxlayırlar.

AzNews.az