Həftəsonu elektrik qatarlarının hərəkəti dayandırılacaq

24 İyul 2020 17:45 (UTC+04:00)

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən AzNews.az-a verilən məlumata görə, qərara əsasən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 25 və 26 iyul tarixlərində hərəkətdə olmayacaq.