Çanaqqalada zəlzələ oldu

25 İyul 2020 10:06 (UTC+04:00)

Türkiyənin Çanaqqala şəhərinin Gökçeada rayonunda 4,2 bal gücündə zəlzələ olub.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) yayıb. Bildirilir ki, zəlzələ yerin 43 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə çağırış daxil olmayıb.

Qeyd edək ki, Kandilli rəsədxanası zəlzələnin gücünü 4,3 bal qeydə alıb.