İlon Mask elektrik avtomobillərin yeni modellərini planlaşdırıb

25 İyul 2020 13:49 (UTC+04:00)

“Tesla” şirkətinin banisi İlon Mask tezliklə elektrik avtomobillərin iki yeni modelinin yaradılmasını planlaşdırıb.

Bu barədə AzNews.az “Electrek” portalına istinadən xəbər verir.

Qeyd edilir ki, indi yeni avtomobil yığcam elektrokar formasındadır. Onu Çində yığmağı və qlobal bazara buraxmağı planlaşdırırlar.

Nəşr həmçinin “Tesla”nın 12 yerlik furqon yaratmaq planları barədə bilib. Bu elektrik avtomobil Las-Veqasda “Convention Center Loop” tunelində sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Yeni avtomobillərin buraxılışı təxminən 2023-cü ildə planlaşdırılır.

Bu halda Mask özü qeyd edib ki, şirkətin planlarını açıqlamağa hazırlaşmır, "amma ağılla fərz etmək olardı ki, biz hər hansını yığcam və daha çox tutumlu avtomobillər edəcəyik".