2 kiloqram heroinlə tutuldular

25 İyul 2020 15:08 (UTC+04:00)

Biləsuvarda narkotikə görə 2 nəfər saxlanılıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri N.Manaflı və B.Nəcəfov tutulublar.

Şəxsi axtarış zamanı N.Manaflıdan 2 kiloqram 90 qramdan artıq heroin götürülüb.