Özünü tut ağacından asdı

1 İyun 2013 19:42 (UTC+04:00)


Qaxın Ləkit kəndində intihar hadisəsi baş verib. Kanal S xəbər verir ki, 1985-ci il təvəllüdlü Xəlilov Cavid Rövşən oğlu qayınatasının həyətində özünü tut ağacından asaraq intihar edib. Meyit Qax Rayon Mərkəzi Xəstəxanasına gətirilərək xarici və daxili müayinə edilib.

Hadisə ilə bağlı Qax Rayon Prokurorluğunda araşdırma başladılıb. İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Qeyd edək ki, Xəlilov Cavid Rövşən oğlu ustalıqla məşğul olurdu və bir övladı var idi.

AzNews.az