Neymar ingilisləri ciddi rəqib hesab etmir

1 İyun 2013 19:49 (UTC+04:00)


"The Sun"a verdiyi açıqlamasında "sambaçı" bunları deyib: "İngilis oyunçulara dərin hörmətim var. Klub səviyyəsində çox yaxşı oyun sərgiləyirlər. Amma İngiltərə yığmasının DÇ 2014-də bizim üçün ciddi rəqib olacağına inanmıram. Əsas rəqiblərimiz Almaniya və İspaniyadır".

Neymar həmçinin əlavə edib ki, yığmada doğma meydançada keçirilən Dünya Çempionatının qalibi olmaq əzmi var.

Elman
AzNews.az