Zlatan İbrahimoviç "Milan"la müqaviləni uzadacaq

26 İyul 2020 11:28 (UTC+04:00)

"Milan"ın 38 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç italyan klubu ilə razılaşmanı daha bir mövsüm uzadacaq.

Bu barədə AzNews.az “MilanNews” portalına istinadən bildirir.

Qeyd edilir ki, futbolçunun başqa kluba keçmək niyyəti yoxdur.

İbrahimoviç “Milan”a qış transferi pəncərəsində qayıdıb. A Seriyasının cari mövsümünün 16 matçında 38 yaşlı hücumçu 7 qol vurub və 4 məhsuldar ötürmə edib. İbrahimoviçin "Milan"la müqaviləsi 31 avqust 2020-ci ilə qədər nəzərdə tutulub.

Zlatan karyerası ərzində "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Pari Sen-Jermen”, "Mançester Yunayted" və "Los-Anceles Qelaksi" klublarında oynayıb. O, bütün karyerası ərzində 759 matçda iştirak edib, 464 qol vurub və 184 məhsuldar ötürmə verib.