Türkiyədə çempion mövsümü məğlub bitirib

26 İyul 2020 21:34 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, mövsümün bağlanış matçı İstanbulda keçirilib.

Eyni şəhəri təmsil edən "Kasımpaşa" ilə "Başakşəhər"in dueli formal xarakter daşıyıb. Çünki ikincilər çempionluğu təmin etmişdisə, ev sahiblərinin heç bir iddiası qalmamışdı. Öz meydanında qələbə qazanan "Kasımpaşa" mövsümü 10-cu yerdə bitirib.

Türkiyə Super Liqası
XXXIV tur
26 iyul
"Kasımpaşa" - "Başakşəhər" - 3:2
Koyta, 9, 28; Yusuf Ərdoğan, 62 - Demba Ba, 78; Viska, 80