"Yuventus" yenə çempion oldu

27 İyul 2020 09:15 (UTC+04:00)

Ardıcıl 9-cu çempionluq - "Yuventus"dan

İtaliya A seriyasında XXXVI tura yekun vurulub.

Məlumata görə, 2019/20 mövsümünün çempionu bəlli olub.

Öz meydanında "Sampdoriya" üzərində qələbə qazanan "Yuventus" sona 2 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Bununla "qoca sinyora" ümumilikdə 36-cı, ardıcıl isə 9-cu çempionluğunu əldə edib. Turin təmsilçisi artıq 3000 gündən çoxdur A seriyası çempionluğunu heç kimə vermir. Komanda 2012-ci il mayın 6-dan başlayaraq ardıcıl 9-cu Skudettonun qalibi olub.

"Latsio" səfərdə "Verona"nı darmadağın edib. Bu qarşılaşmada het-trik edən Çiro İmmobile cari mövsümdə qollarının sayını 34-ə çatdırıb və bombardirlər yarışında liderliyini möhkəmlədib.

Paytaxtın digər klubu "Roma" öz meydanında "Fiorentina"ya minimal hesabla qalib gəlib.

"Spal"la səfərdə bərabərə qalan "Torino" isə elitadakı yerini təmin edib.

İtaliya A seriyası
XXXVI tur
26 iyul
"Bolonya" - "Leççe" - 3:2

Palasio, 2; Soriano, 5; Barrou, 90+3 - Mankosu, 45+2; Falko, 66
"Roma" - "Fiorentina" - 2:1
Veretut, 45 (pen.), 87 (pen.) - Milenkoviç, 54
"Kalyari" - "Udineze" - 0:1
Okaka, 3
"Spal" - "Torino" - 1:1
D'Alessandro, 80 - Verdi, 57
"Verona" - "Latsio" - 1:5
Amrabat, 38 (pen.) - İmmobile, 45+6 (pen.), 84, 90+4 (pen.); Milinkoviç-Saviç, 56; Korrea, 63
"Yuventus" - "Sampdoriya" - 2:0
Ronaldo, 45+7; Bernardeski, 67