Əsgərləri daşıyan avtobus aşdı

27 İyul 2020 12:30 (UTC+04:00)

Türkiyənin Mersin şəhərində əsgərləri daşıyan avtobus aşıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, olay Mut- Karaman yolunda idarəni itirən avtobusun aşması nəticəsində baş verib.

Hadisə nəticəsində 5 əsgər və avtobus sürücüsü ölüb, 10 əsgər isə yaralanıb.

Səidə Vahid

AzNews.az