Polislər qadını döyüb sürüdülər - VİDEO

2 İyun 2013 06:50 (UTC+04:00)
ABŞ-ın Texas ştatındakı müvəqqəti saxlama təcridxanaların birində polislərin şübhəli şəxs qismində saxlanılan qadına qarşı zorakılığı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Keyarika Diqles adlı qaradərili qadın polislərin sataşmasına cavab verdiyi üçün 2 nəfər tərəfindən möhkəm döyülüb.

Qeyd edək ki, təhlükəsizlik kamerası tərəfindən çəkilən kadrlarda nəzarətçilərin qadını saçından tutaraq yerə yıxmaq istədiyi əks olunub. Bu vaxt qadının başı stola dəyir. Nəzarətçilər isə yerə yıxdıqları qadının əllərinə qandal vururlar. Qadını təhqir edənlər onu ayağından sürüyərək nəzarət kamerasına salırlar. Bu vaxt təhlükəsizlik kamerasının görüş bucağına daxil olan bir qadın da onlara yardım edir.

Mayın 5-də baş vermiş bu hadisə üzə çıxdıqdan sonra hər iki nəzarətçi məzuniyyətə göndərilib. //anspress//



AzNews.az