Britaniyada koronavirusa yoluxanların sayı 300 mini ötdü

27 İyul 2020 23:12 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində daha 685 nəfərdə koronavirus aşkarlanıb.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Britaniyada xəstələnənlərin sayı 300 111-ə yüksəlib.

Qeyd edək ki, ölkə hakimiyyəti iyulun 17-də koronavirusdan ölümlərin gündəlik statistikasını dərc etməyi dayandırıb. İyulun 16-na olan məlumata görə, Britaniyada 45 mindən çox insan COVID-19-un qurbanı olub.