Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi

28 İyul 2020 17:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir", - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Ermənistan XİN-i son şərhində Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimi bölgədə vəziyyətin gərginləşməsinə yönələn təxribat kimi qiymətləndirib.