İstirahət mərkəzində 6500 manatlıq oğurluq

28 İyul 2020 19:48 (UTC+04:00)

Masallıda oğurluq hadisəsi qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, keçmiş məhkumlar M.Əsgərlinin və S.Hüseynovun ətraflarında müvafiq polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların daha bir evdən və bir istirahət mərkəzindən 6500 manat dəyərində inşaat materialları, transformator, elektrik avadanlıqları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.