Göl ətrafında otel tikdirmək istəyən Hacı Salayev imiş

28 İyul 2020 22:27 (UTC+04:00)

Bakının Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafında otel inşa etdirmək istəyən şəxsin kimliyi bəlli olub.

AzNews.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, həmin ərazi sabiq deputat Hacı Salayevin mülkiyyətindədir. H. Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşıdır.

Qeyd edək ki, sabiq deputat böyük biznes imperiyasına malikdir.