Qazaxıstanda daha 208 nəfər koronavirusdan öldü

28 İyul 2020 23:29 (UTC+04:00)

Qazaxıstanda ötən həftə ərzində koronavirusdan ölənlərin sayı 208 nəfər artıb. Nəticədə COVID-19 qurbanlarının ümumi sayı 793-ə yüksəlib.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

İyulun 20-nə kimi Qazaxıstanda koronavirusdan 585 ölüm halı qeydə alınmışdı. Səhiyyə Nazirliyi COVID-19-dan ölüm nəticələrinə dair həftəlik statistika yeniləməsini tətbiq edir.

Qazaxıstanda koronavirusa yoluxanların sayı 84 mindən çoxdur, 54 mindən çox insan sağalıb.