Mövqelərimiz yenidən atəşə tutuldu

2 İyun 2013 07:59 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Azərbaycanın mövqelərini yenidən atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az