İngiltərə Superkubokunun vaxtı müəyyənləşib

29 İyul 2020 15:00 (UTC+04:00)

İngiltərə Superkubokunun vaxtı və yeri müəyyənləşib.

Premyer Liqanın çempionu ilə ölkə kubokunun qalibi Londondakı “Uembli” stadionunda üz-üzə gələcək.

Qarşılaşma avqustun 29-da baş tutacaq. Ölkə çempionu “Liverpul”un bu matçdakı rəqibi kubokun finalında bəlli olacaq. Finalda “Çelsi” ilə “Arsenal” görüşəcək.

Qeyd edək ki, kubok finalı avqustun 1-də keçiriləcək. (Apasport)

AzNews.az