Təmir sexindən 1600 manatlıq oğurluq edən tutuldu

29 İyul 2020 20:23 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini E.Hüseynov saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki avtomobillərin təmiri sexlərinin birindən 1600 manat pul oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov tutulub.