Bəyimxanım Vəliyeva Şəhid general haqqında klip çəkdirdi - VİDEO

29 İyul 2020 22:49 (UTC+04:00)

Tanınmış müğənni, Əməkdar artist Bəyimxanım Vəliyeva Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunan mahnı ifa edib və klip çəkdirib.

AzNews.az xəbər verir ki, sözləri Samir Əfsəroğluna aid olan mahnının musiqisi Bəyimxanım Vəliyevanın özünə mxsusdur.

Rejissoru Nail Naiboğlu olan ekran əsərinin aranjimançısı isə Rasim Məmmədovdur.

Klipdə Xalq artisti Nurəddin Mehdixanlı da iştirak edib. Belə ki, o, klipin sonunda Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu hayqıran şeirdən bir parça ifa edib:

“Azərbaycan bayrağı Qarabağa sancılıb,
Azərbaycan məşəli Qarabağda yanacaq!
Qarabağda yanacaq!”

Klipi burada izləyə bilərsiniz: