BMT-nin qətnaməsinə veto qoyuldu

2 İyun 2013 10:20 (UTC+04:00)
Rusiya növbəti dəfə BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub.

Qətnamədə Suriyanın Livanla sərhəddəki əl-Quseyr şəhərinə hücumlar edən Suriya hökumət qüvvələrinin və onlara dəstək verən Livanın "Hizbullah" hərəkatının döyüşçülərinin əməliyyatları ilə bağlı narahatlıq ifadə edilirdi.

BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin mətni Böyük Britaniya tərəfindən hazırlanmışdı. Rusiya isə Təhlükəsizlik Şurasının əl-Quseyr şəhəri üsyançıların nəzarəti altına keçərkən bu cür bəyanatlar vermədiyini əsas gətirərək, qətnaməyə veto qoyub.

Qeyd edək ki, Suriyanın əl-Quseyr şəhərində artıq 2 həftədir qızğın döyüşlər gedir.//anspress//

AzNews.az