ÜST-dən koronavirusla bağlı son statistika

31 İyul 2020 11:08 (UTC+04:00)

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 253 793 nəfər artaraq 16 812 755-ə yüksəlib. AzNews.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 999 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 662 095-ə çatıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.