Bakının bu rayonlarında su fasilələrlə veriləcək

31 İyul 2020 12:10 (UTC+04:00)

Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.

"Azərsu'" ASC-dən AzNews.az-a verilən məlumata görə, yaranmış narahatlıqla əlaqədar "Azərsu'" ASC abonentlərdən üzr istəyir. Hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.